...

Messi "Mançester Siti"yə keçmək istəyir

İdman Materials 26 Avqust 2020 01:26 (UTC +04:00)
Messi "Mançester Siti"yə keçmək istəyir

Bakı. Trend:

İspaniyanın "Barselona" futbol klubunun argentinalı hücumçusu Lionel Messi İngiltərənin "Mançester Siti" klubuna keçmək istəyir.

Trend-in məlumatına görə, bundan əvvəl Messi Barselonadan ayrılmaq niyyətində olduğunu bildirmişdi. Klub bu məlumatı təsdiqləyib.

33 yaşlı Messi Barselonanın yetirməsidir və əsas komandada 2004-cü ildə debüt edib. Argentinalı peşəkar karyerasında 700-dən çox qol vurub. Messi "France Football" jurnalına görə altı dəfə ilin ən yaxşı futbolçusuna təqdim olunan "Qızıl top" mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti