...

Messi Pelenin rekordunu təkrarlayıb

İdman Materials 19 Dekabr 2020 22:51 (UTC +04:00)
Messi Pelenin rekordunu təkrarlayıb

Bakı. Trend:

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi ölkə çempionatında “Valensiya”ya qarşı keçirilən oyunun ilk hissəsində fərqlənib.

Trend-in məlumatına görə, L.Messi ilk hissənin sonunda başla qol vuraraq fərqlənib. Bundan bir neçə saniyə qabaq argentinalı hücumçu penaltını yerinə yetirə bilməyib.

33 yaşlı argentinalı üçün bu top Kataloniya klubunun rəsmi oyunlarında 643-cü oldu. Messi bir klubun heyətində vurduqları qol sayında braziliyalı Pele ilə bərabərləşib. Pele Braziliyanın “Santos” komandasında eyni sayda qol vurdu.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti