...

UEFA Avropa çempionatının keçiriləcəyi şəhərləri dəyişməyəcək - Bakı siyahıda qalır

İdman Materials 27 Yanvar 2021 11:27 (UTC +04:00)
UEFA Avropa çempionatının keçiriləcəyi şəhərləri dəyişməyəcək - Bakı siyahıda qalır

Bakı. Orxan Nəbiyev - Trend:

UEFA bu il keçiriləcək futbol üzrə Avropa çempionatını planlaşdırıldığı kimi 12 şəhərdə keçirmək niyyətindədir.

Trend-in məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar turnirin bir ölkədə təşkil olunması və ya ümumiyyətlə keçirilməməsi məsələsi müzakirə olunmur.

UEFA təşkilatçı ölkələrlə daim təmasda olduğunu və həmin şəhərlərin yarışları qəbul etməyə hazır olduqlarını bildirib.

Qeyd olunur ki, koronavirusun yayılma vəziyyətindən asılı olaraq oyunların tamaşaçılarla və ya boş triubunalarla keçirilməsi qərarlaşdırılacaq.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək.

Bakıda qrup mərhələsinin 3 matçı və dörddə bir final qarşılaşması baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti