...

"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb

İdman Materials 26 Fevral 2021 00:20 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin "Arsenal" futbol klubu Avropa Liqasının 1/16 finalının cavab oyununda Portuqaliyanın "Benfika" komandasını məğlub edib.

Trend-in məlumatına görə, koronavirus infeksiyasının yayılmasına görə ölkələr arasında səyahət məhdudiyyətləri səbəbindən matç Yunanıstanın Pirey şəhərində keçirilib. Oyun 3:2 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində qolları Pyer-Emerik Obameyanq (21 və 87-ci dəqiqələr) və Kiran Tirni (67) vurdular. Portuqaliya klubunda Dioqu Qonsalveş (43-cü dəqiqə) və Rafa Silva (61) fərqləniblər.

Matçın nominal ev sahibi "Arsenal" olub.

Qeyd edək ki, Romada keçirilən birinci oyun 1:1 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti