...

DÇ-2022: Azərbaycan millisi Portuqaliya ile görüşüb

İdman Materials 25 Mart 2021 01:43 (UTC +04:00)
DÇ-2022: Azərbaycan millisi Portuqaliya ile görüşüb

Bakı. Trend:

DÇ-2022-nin seçmə mərhələsinin I turu çərçivəsində "A" qrupunda yer alan Azərbaycan yığması Portuqaliya komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, İtaliyanın Turin şəhərində keçirilən oyun Portuqaliyanın 1:0 qələbəsi ilə başa çatıb.

Rəqib komanda Maksim Medvedevin 37-ci dəqiqədəki avtoqolu sayəsində aktivinə 3 xal yazdırıb.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 30-da Bakıda Serbiyaya qarşı keçirəcək. Buna qədər isə ayın 27-də komandamız Macarıstanda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti