...

Azərbaycan milli komandasının baş məşqçisi və "Neftçi"nin ulduzu Ağdamda olublar (FOTO)

İdman Materials 20 May 2021 18:05 (UTC +04:00)
Azərbaycan milli komandasının baş məşqçisi və "Neftçi"nin ulduzu Ağdamda olublar (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Futbol üzrə Azərbaycan milli komandasının italiyalı baş məşqçisi Cannid de Byazi və "Neftçi"nin yaponiyalı futbolçusu Ağdamda olublar.

Trend-in məlumatına görə, bu barədə onlar öz "Instagram" səhifələrində yazıblar.

Yaponiyalı futbolçu tezliklə Ağdamda futbolun dirçələcəyinə ümid etdiyini bildirib: "Ötən gün mən Bakıda "Qarabağ"a qarşı oynadım. Mən bilirəm ki, onlar öz rəqiblərini burada, "İmarət" stadionunda qəbul etməli idilər. Ümid edirəm ki, futbola burada yenidən dirçələcək".

C.de Byazi Ağdamda dağıntıların şahidi olduğunu vurğulayıb: "Mən "Qarabağ"ın doğma meydanı "İmarət" stadionundayam. Burada məlum səbəblərdən yalnız dağıntıların şahidi oluruq. Amma ümid edirəm ki, "Qarabağ" tezliklə ev oyunlarını yenilənmiş stadionunda keçirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti