...

Yarışların gözəl təşkili üçün dünya çempionatının təşkilat komitəsinə təşəkkür edirəm - Türkiyəli gimnast

İdman Materials 27 May 2021 17:29 (UTC +04:00)
Yarışların gözəl təşkili üçün dünya çempionatının təşkilat komitəsinə təşəkkür edirəm - Türkiyəli gimnast

Bakı. Cani Babayeva - Trend:

Yarışların gözəl təşkili üçün aerobika gimnastikası üzrə dünya çempionatının təşkilat komitəsinə təşəkkürümü bildirirəm.

Bunu Trend-ə türkiyəli gimnast Ayşe Onbaşı deyib.

O, Azərbaycanda çıxış etməkdən məmnun olduğunu bildirib: "Dünya çempionatı çox gözəl təşkil olunub. Bizim üçün qardaş ölkə Azərbaycanda çıxış etmək çox xoşdur. Əlbəttə ki, həyəcan da hiss edirik. Çünki bu, gimnast üçün ən vacib, ən nüfuzlu yarışlardan biridir".

Gimnast əlavə edib ki, dünya çempionatında üç kateqoriyada - fərdi proqramda, üçlüklərdə və qarışıq cütlüklərdə iştirak edir.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir. 3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti