...

AVRO-2020: İtaliya millisi Türkiyə komandasını məğlub edib

İdman Materials 12 İyun 2021 00:57 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə İtaliya milli komandası Avropa çempionatının açılış oyununda Türkiyə yığmasını məğlub edib.

Trend-in məlumatına görə, Romanın Olimpiya stadionunda keçirilən oyun 3:0 hesabı ilə başa çatıb.

Qolları Merih Demiral (53-cü dəqiqə, avtoqol), Çiro İmmobile (66) və Lorentso İnsinye (79) vurublar.

Avropa çempionatı tarixində ilk dəfə turnirdəki ilk qol öz qapısına vuruldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti