...

Azərbaycan gimnastları Dünya yaş qrupları yarışlarında bürünc medal qazanıb

İdman Materials 29 İyun 2021 16:49 (UTC +04:00)

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastları İsveçrənin Cenevrə şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə 11-ci Dünya yaş qrupları yarışlarında uğurla çıxış edib.

Trend-in məlumatına görə, Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibartə qadınlar qrupu qarışıq hərəkətlərdə bürünc medal qazanıb.

Gimnastlar 12-19 yaş kateqoriyasında iştirak edib.

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti