...

AVRO-2020: Bu gün final görüş keçiriləcək

İdman Materials 11 İyul 2021 06:37 (UTC +04:00)
AVRO-2020:  Bu gün  final görüş keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün futbol üzrə Avropa çempionatının final görüşü keçiriləcək.

Trend xəbər verir ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Final görüşdə Londondonun "Uembli" stadionunda İtaliya və İngiltərə milli komandaları qarşılaşacaqlar.

Görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Komandalar indiyədək 27 dəfə qarşılaşıb. Onların 10-da İtaliya, 8-də isə İngiltərə millisi qalib gəlib. Doqquz oyun heç-heçə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti