...

Yay Olimpiya oyunlarında ilk yarışlar başlayıb

İdman Materials 21 İyul 2021 11:16 (UTC +04:00)
Yay Olimpiya oyunlarında ilk yarışlar başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Yaponiyada Tokio-2020 Yay Olimpiya oyunları çərçivəsində ilk yarışlar baş tutub.

Trend-in məlumatına görə, Fukusima şəhərinin beysbol arenasında qadınlar arasında softbol yarışları başlayıb.

İlk matçda Yaponiya Avstraliyanı 8-1 hesabı ilə məğlub edib.

Bu gün, həmçinin qadınlar arasında futbol yarışlarına da start veriləcək.

Qeyd edək ki, Olimpiya oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Yarışlar avqustun 8-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti