...

"Neftçi" səfərdə "Olimpiakos"a məğlub oldu

İdman Materials 22 İyul 2021 01:05 (UTC +04:00)
"Neftçi" səfərdə "Olimpiakos"a məğlub oldu

Bakı. Trend:

UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Yunanıstanın "Olimpiakos" klubu Azərbaycanın "Neftçi" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyunun 29-cu dəqiqəsində "Olimpiakos"un futbolçusu M.Kamara hesabı açıb. 43-cü dəqiqədə meydan sahibləri azlıqda qalıblar - oyunda yeganə qolun müəllifi qırımızı vərəqə alaraq meydandan qovulub.

63-cü dəqiqədə "Neftçi"nin də bir oyunçusu (M.Çelik) qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.

Qarşılıqlı hücumlarla davam edən oyun meydan sahibinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti