...

Tokio-2020: Azərbaycan gimnastı Zöhrə Ağamirova mübarizəyə qoşulur

İdman Materials 6 Avqust 2021 05:42 (UTC +04:00)
Tokio-2020: Azərbaycan gimnastı Zöhrə Ağamirova mübarizəyə qoşulur

Bakı. Trend:

Azərbaycan gimnastı Zöhrə Ağamirova Tokioda keçirilən yay Olimpiya oyunlarında mübarizəyə başlayır.

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə təsnifat yarışları keçirilir və nəticələrə əsasən fərdi çoxnövçülük üzrə finalçılar müəyyənləşəcək.

Zöhrə Ağamirova seçmə mərhələsindəki çıxışına topla hərəkətlərlə başlayır.

Xatırladaq ki, Zöhrə Ağamirova Tokioda keçirilən Olimpiya Oyunlarına lisenziyanı ölkəmizdə 2019-cu ildə təşkil olunan bədii gimnastika üzrə Dünya Çempionatında qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti