...

Şahmat üzrə Avropa çempionatı: Rauf Məmmədov uğurla irəliləyir

İdman Materials 3 Sentyabr 2021 00:19 (UTC +04:00)
Şahmat üzrə Avropa çempionatı: Rauf Məmmədov uğurla irəliləyir

Bakı. Trend:

İslandiyanın paytaxtı Reykyavik şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatının səkkizinci turunun oyunları keçirilib.

Trend xəbər verir ki, Azərbaycan təmsilçisi Rauf Məmmədov bu turda rusiyalı Anton Demçenko ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinin liderlərindən olan R.Məmmədov qitə çempionatında məğlubiyyətsiz irəliləyir.

Digər şahmatçılarımızdan Nicat Məmmədov polşalı Kacper Piorun, Aydın Süleymanlı Ruben Gideon Koellner (Almaniya), Read Səmədov İslandiya təmsilçisi Hedinn Steingrimsson ilə heç-heçə ediblər. Nicat Abbasov isə gürcüstanlı Levan Pantsulaya uduzub.

Qeyd edək ki, Rauf Məmmədov ötən turların nəticəsinə görə 6,5 xalla 1-2-ci yerləri bölüşür. Təmsilçilərimizdən N.Məmmədov isə liderdən cəmi yarım xal (6 xal) geri qalaraq 3-8-ci yerləri bölüşür. Digər şahmatçılarımız N.Abasov, A.Süleymanlı və R.Səmədov 4,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti