...

"Çelsi" Premyer Liqada lider oldu

İdman Materials 19 Sentyabr 2021 22:37 (UTC +04:00)
"Çelsi" Premyer Liqada lider oldu

Bakı. Trend:

İngiltərə futbol çempionatının beşinci turunun oyununda "Çelsi" səfərdə "Tottenhem"i məğlub edib.

Trend-in məlumatına görə, matç 3:0 hesabı ilə başa çatıb.

Qolları Tiaqo Silva (49-cu dəqiqə), N'Qolo Kante (57) və Antonio Rüdiger (90+2) vurublar.

Turnir cədvəlində "Çelsi" 13 xalla birinci, "Tottenhem" 9 xalla yeddinci yerdədir.

Növbəti turda "Çelsi" sentyabrın 25-də "Mançester Siti" ilə, "Tottenhem" isə ertəsi gün "Arsenal"la qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti