...

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Kürdəmirdə keçirilib (FOTO)

İdman Materials 8 Oktyabr 2021 14:53 (UTC +04:00)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Kürdəmirdə keçirilib (FOTO)

Bakı. Trend:

AFFA-nın vəKürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 8 oktyabr 2021-ci il tarixdə Kürdəmir rayonunda keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Füzuli, Tərtər, Bərdə, Oğuz Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində keçirilmişdir.

Kürdəmir rayonunda keçirilmiş bugünkü tədbirdə 50 məktəbli uşaq, o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Arzu Nağıyev, Əminə Ağazadə, Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Arzu Nağıyev və Əminə Ağazadə çıxış ediblər. Tədbirdə çıxış edənlərqeyd etmişlər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Eyni zamanda şıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər.

Bu günkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti