...

Fransa UEFA Millətlər Liqasında qalib oldu

İdman Materials 11 Oktyabr 2021 00:58 (UTC +04:00)
Fransa UEFA Millətlər Liqasında qalib oldu

Bakı. Trend:

Fransa millisi UEFA Millətlər Liqasının final matçında ispan rəqiblərini məğlub ediblər.

Trend-in məlumatına görə, Milanda baş tutan görüş 2:1 hesabı ilə fransızların xeyrinə başa çatıb.

Hesabı 64-cü dəqiqədə ispan Mikel Oyarsabal açıb, 66-cı dəqiqədə Kərim Benzema hesabı bərabərləşdirib, 80-ci dəqiqədə isə Kilian Mbappe fransızlara qələbə qazandırıb.

Beləliklə, hazırkı dünya çempionu Fransa ilk dəfə ikinci dəfə keçirilən Millətlər Liqası turnirinin qalibi olur. Yarışların ilk qalibi isə Portuqaliya komandası olub.

Qeyd edək ki, Kərim Benzema finalın ən yaxşı futbolçusu seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti