...

"Könüllü gömrükçü" dəstəsinin futbol komandası "Zəfər Liqası" futbol turnirinin qalibi olub (FOTO)

İdman Materials 6 Noyabr 2021 11:56 (UTC +04:00)
"Könüllü gömrükçü" dəstəsinin futbol komandası "Zəfər Liqası" futbol turnirinin qalibi olub (FOTO)

Bakı. Fərid Zöhrabov -Trend:

"Könüllü gömrükçü" dəstəsinin futbol komandası "Zəfər Liqası" futbol turnirinin qalibi olub.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə 20 oktyabr - 5 noyabr 2021-ci il tarixlərində Vətən müharibəsində şanlı qələbəmizə həsr olunan "Zəfər Liqası" futbol turniri keçirilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin futbol komandası da olmaqla "Zəfər Liqası" futbol turnirində 12 komanda (Turizm könüllüləri, AFFA könüllüləri, Nəqliyyat könüllüləri, Bir könüllü, DOST könüllüləri, ASAN könüllüləri, Miqrasiya könüllüləri, Gənc könüllülər, Diaspora könüllüləri, Formula 1 könüllüləri, Aqrar könüllüləri) iştirak edib. Komandalar püşkatma nəticəsində hər qrupda 3 komanda olmaqla 4 qrupda mübarizə aparıb. Qrup daxilində keçirilmiş oyunlar nəticəsində ilk iki yeri tutmuş komandalar ¼ final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

"Könüllü gömrükçü" dəstəsinin futbol komandası B qrupunda rəqibləri üzərində böyük hesablı qələbə qazanaraq qrup lideri kimi ¼ final mərhələsinə vəsiqəni təmin edib.

"Könüllü gömrükçü" dəstəsinin futbol komandası uğurlu çıxışını davam etdirərək ¼ final mərhələsində AFFA könüllüləri üzərində də qələbə qazanaraq növbəti tura - yarımfinala adlayıb.

Turnirin yarımfinal mərhələsində komandamız Turizm könüllüləri ilə qarşılaşıb və oyun komandamızın yenə də qələbəsi ilə başa çatıb. Bu oyunun nəticəsi komandamızı final mərhələsinə daşıyıb.

Və nəhayət, noyabrın 5-də "Zəfər Liqası" futbol turnirinin final mərhələsi baş tutub, "Könüllü gömrükçü" dəstəsinin komandası ASAN könüllüləri ilə çempionluq uğrunda qarşı-qarşıya gəliblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda komandamız yüksək peşəkarlıq və əzmkarlıq göstərərək 3-2 hesabı ilə rəqibə qalib gəlib, "Zəfər Liqası" kubokunu başları üzərinə qaldırıblar.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov mükafatlandırma mərasimində iştirak edib, komandamıza kuboku təqdim edərək onlara müvəffəqiyyətlər arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti