...

Azərbaycanın güləş yığması dünya üçüncüsü oldu

İdman Materials 8 Noyabr 2021 00:27 (UTC +04:00)
Azərbaycanın güləş yığması dünya üçüncüsü oldu

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 2017-ci ildən keçirilən bu yarışda Azərbaycan güləşi rekord nəticəyə imza atıb. Belə ki, bundan öncəki 3 DÇ-də (2017, 2018, 2019) cəmi 2 qızıl medal əldə olunmuşdusa, bu dəfə bir yarışda 3 güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub. Ölkəmiz yalnız Rusiya və Ukraynadan geri qalıb.

Xatırladaq ki, yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadəylə (55 kq) Ülvü Qənizadə (72 kq) bürünc, sərbəst güləşdə isə Əliabbas Rzazadəylə (57 kq) Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medalı boynundan asıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti