...

Batut gimnastikası üzrə Dünya Kubokunda sinxron cütlüklər arasında finalçılar müəyyənləşib

İdman Materials 12 Fevral 2022 21:32 (UTC +04:00)
Batut gimnastikası üzrə Dünya Kubokunda sinxron cütlüklər arasında finalçılar müəyyənləşib

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışları çərçivəsində kişilər və qadınlar arasında sinxron cütlüklər arasında finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, qadınlar arasında sinxron cütlüklərdən finala Belarusu təmsil edən gimnastlar Viktoriya Kuidan və Katerina Yerşova (48,670 xal), rusiyalı idmançılar Meri Qolota və Aleksandra Bonartseva (47,070 xal), Türkiyədən olan gimnastlar Sena Elçin Karakaş və Sila Karakuş (44,750 xal), İsveç təmsilçiləri Tea Lilyerut və Lina Syosberq (41,900 xal) çıxıblar.

kişilər arasında sinxron cütlüklərdən finala Belarus idmançıları Andrey Builov və İvan Litvinoviç (52.630 xal), rusiyalı gimnastlar Danila Kasimov və Kirill Kozlov (50.650 xal), Türkiyə təmsilçiləri Gürkan Mutlu və Hüseyn Engin Yontucu (49.600 xal), Qazaxıstan gimnastları İqor Qraçov və Roman Barkov (49,520 xal) Portuqaliyalı idmançılar Dioqo Abreu və Pedro Ferreyra (48,700 xal), ABŞ gimnastları Ceys Uilyams və Kodi Qesuelli (42,880 xal) çıxıblar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti