...

Belarus - Azərbaycan oyunu niyə neytral meydançada keçiriləcək? - AÇIQLAMA

İdman Materials 3 Mart 2022 17:26 (UTC +04:00)
Belarus - Azərbaycan oyunu niyə neytral meydançada keçiriləcək? - AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan millisinin Belarusla səfər oyunu neytral meydanda keçiriləcək.

Bu barədə UEFA məlumat yayıb.

Bunu Trend-ə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla da təsdiqləyib.

Onun sözlərinə görə, UEFA təhlükəsizlik səbəbindən belə bir qərar verib:

"Oyunun hansı ölkədə keçiriləcəyi ilə bağlı məsəslənin həlli Belarus Futbol Federasiyasının öhdəliyinə düşür", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Millətlər Liqasının qrup mərhələsində Belarus – Azərbaycan qarşılaşması neytral ölkədə oynanılacaq. Üstəlik, həmin görüşə azarkeş buraxılmayacaq.

Bu qərar Belarusun təkcə millimizə qarşı deyil, bütün ev oyunlarına şamil edilib. Qərar dərhal qüvvəyə minib. Zərurət yaranarsa, vəziyyəti yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbəti növbədənkənar iclaslar keçiriləcək.

Belarus – Azərbaycan görüşü C liqasının III qrupu çərçivəsində iyunun 6-da oynanılacaq.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti