...

Portuqaliya gimnastları akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb

İdman Materials 12 Mart 2022 16:54 (UTC +04:00)
Portuqaliya gimnastları akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında Portuqaliya gimnastları Rita Ferreyra və Ana Teyşeyra qadın cütlüklər arasında balans hərəkətləri proqramında qalib gələrək qızıl medallara layiq görülüb.

Trend-in məlumatına görə, cütlük 28,850 xal toplayıb.

Ketrin Borçerdinq və Syerra MakKaun (ABŞ) 27,350 xalla ikinci, Aleksandra Rudakova və Damira Talqat (Qazaxıstan) 27,050 xalla üçüncü olub.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti