...

Azərbaycan idmançıları Akrobatika gimnastikası üzrə Dünya çempionatının medalları uğrunda mübarizə aparacaqlar (FOTO)

İdman Materials 13 Mart 2022 09:25 (UTC +04:00)
Azərbaycan idmançıları Akrobatika gimnastikası üzrə Dünya çempionatının medalları uğrunda mübarizə aparacaqlar (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Martın 13-də Milli Gimnastika Arenasında Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatının yarışlarının final günü keçiriləcək.

Trend-in məlumatına görə, bu gün kişi və qarışıq cütlüklər arasında tarazlıq hərəkətlər proqramı üzrə final, eləcə də qadın cütlükləri, kişi və qadın qrupları arasında temp hərəklər proqramı üzrə final yarışları olacaq. Final yarışı saat 16:00-da başlayacaq.

Kişi cütlükləri arasında balans hərəkətlər proqramının finalında Azərbaycan təmsilçiləri - Daniel Abbasov və Murad Rəfiyev dueti medallar uğrunda mübarizə aparacaqlar. Onların finaldakı rəqibləri ABŞ, Qazaxıstan, Portuqaliya, Almaniya və Özbəkistan təmsilçiləridir.

Bu gün, həmçinin Azərbaycan qarışıq cütlüyü Ağasif Rəhimov və Raziyə Seyidli tarazlıq hərəkətlər proqramı üzrə finalda çıxış edəcək.

Qeyd edək ki, hazırda Azərbaycan yığmasının Dünya Çempionatında üç medalı aktivində var. Ağasif Rəhimov və Raziyə Seyidlinin gümüş, Daniel Abbasov və Murad Rəfiyevin iki bürünc medal qazanıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti