...

Portuqaliyadan olan qadın cütlüyü Bakıda dünya çempionatında temp hərəkətləri üzrə birinci yeri tutublar

İdman Materials 13 Mart 2022 16:49 (UTC +04:00)
Portuqaliyadan olan qadın cütlüyü Bakıda dünya çempionatında temp hərəkətləri üzrə birinci yeri tutublar

Bakı. Trend:

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya çempionatında Portuqaliyanı təmsil edən gimnastlar Rita Ferreyra və Ana Teyşeyra 28.000 xal toplayaraq birinci yeri tutublar.

Trend-in məlumatına görə, ikinci yeri Qazaxıstanı təmsil edən qadın duet - Aleksandra Rudakova və Damira Talqat (27,430 xal), üçüncü yeri isə Macarıstandan olan Dorina Bernat və Noemi Stettner (26,800 xal) tutublar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti