...

Britaniyadan olan kişilər qrupu akrobatika gimnastikası üzrə dünya çempionatında birinci yeri tutub

İdman Materials 13 Mart 2022 19:21 (UTC +04:00)
Britaniyadan olan kişilər qrupu akrobatika gimnastikası üzrə dünya çempionatında birinci yeri tutub

Bakı. Trend:

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya çempionatında templi hərəkətlər proqramında Böyük Britaniyadan olan kişilər qrupu 28,690 xalla birinci yeri tutub.

Trend-in məlumatına görə, ikinci yeri İsraildən olan kişilərdən ibarət qrup (27.900 xal), üçüncü yeri Belçikanı təmsil edən qrup (27.890 xal) tutub.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti