...

İspaniya La Liqası: "Barselona" "Real Madrid"i darmadağın edib

İdman Materials 21 Mart 2022 02:07 (UTC +04:00)
İspaniya La Liqası: "Barselona" "Real Madrid"i darmadağın edib

Bakı. Trend:

"Barselona" futbol klubu İspaniya çempionatı oyununda "Real Madrid"i 4:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Madriddə keçirilib. Qonaqlar "Real Madrid"in qapısına dörd cavabsız qol göndəriblər.

"Barselona"nın hücumçusu Pyer-Erik Obameyanq dubl edib. Daha iki qolu Ronald Arauxo və Ferran Torres vurublar.

"Real"ın hücumçusu və La Liqanın bombardiri Karim Benzema oyunu buraxıb. Hücumçu İspaniya çempionatının əvvəlki turunda zədələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti