...

Şəhriyar Məmmədyarov Berlində FIDE Qran-Pri seriyasının üçüncü mərhələsində mübarizəyə başlayır

İdman Materials 21 Mart 2022 18:38 (UTC +04:00)
Şəhriyar Məmmədyarov Berlində FIDE Qran-Pri seriyasının üçüncü mərhələsində mübarizəyə başlayır

Bakı. Trend:

Martın 21-də Almaniyanın paytaxtı Berlində FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi start götürür.

Trend xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək. Təmsilçimiz B qrupunda Leyner Dominqes (ABŞ), rusiyalı Daniil Dubov və almaniyalı Vinsent Keymerlə mübarizə aparacaq.

Turnirdə ümumilikdə 16 şahmatçı iştirak edəcək.

Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti