...

Bu il oktyabrın 7-də AGF-nin yenidən qurulmasının 20 ili tamam olur (VİDEO)

İdman Materials 1 Aprel 2022 16:30 (UTC +04:00)
Bu il oktyabrın 7-də AGF-nin yenidən qurulmasının 20 ili tamam olur (VİDEO)

Bakı. Trend:

Bu il oktyabrın 7-də AGF-nin yenidən qurulmasının 20 ili tamam olur.

Bu məqsədlə ölkəmizdə idman gimnastikası üzrə keçiriən Dünya kuboku zamanı yarış iştirakçılarına və tamaşaçılara Azərbaycan Gimnastika Federasiyasının (AGF) 20-ci ildönümünə həsr olunmuş yubiley nişanı və Azərbaycan gimnastikasının nailiyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, AGF-nin korporativ üslubuna uyğun hazırlanan yubiley nişanında bədii gimnastika aləti olan lentin “sıfır” rəqəmi işarəsi formasında olması ideyasından istifadə edilib. Burada qeyd olunan “20 il inkişafda” yazıları AGF-nin 20 il ərzindəki uğur hekayəsini əks etdirir.

Videoçarx ölkəmizin Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi 20 ilik müddət ərzində gimnastika sahəsində əldə olunan uğurlu inkişafdan və qazanılan yüksək nailiyyətlərdən bəhs edir.

Xüsusi olaraq vurğulamaq istərdik ki, məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən uğurlu və səmərəli fəaliyyət nəticəsində Azərbaycanda idmanın bu növünün inkişaf mərhələsi başlayıb, beynəlxalq əlaqələr qurulub, yüksək nailiyyətlər qazanılıb, federasiya bütün tədbirlər üzrə dünyada ən fəal quruma çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti