...

Almaniya gimnastı Dünya Kubokunda gimnastika tiri üzərində hərəkətlərdə birinci yeri tutub

İdman Materials 3 Aprel 2022 13:11 (UTC +04:00)
Almaniya gimnastı Dünya Kubokunda gimnastika tiri üzərində hərəkətlərdə birinci yeri tutub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya təmsilçisi Sara Foss 13,733 xalla Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda gimnastika tiri üzərində hərəkətlərdə birinci yeri qazanıb.

Trend-in məlumatına görə, ikinci yerdə 12,966 xalla Laurette Sharpi (Fransa), üçüncü yerdə 12,900 xal qazanaraq Daniela Batrona (Ukrayna) qərarlaşıblar.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti