Bakı. Trend:
Aprelin 15-dən 17-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək.
Yarışda iştirak etmək məqsədilə bədii gimnastika üzrə Azərbyacan millisinin ikinci heyəti adıçəkilən şəhərə yola düşüb.
Trend xəbər verir ki, Dünya Kubokunda ölkəmizi fərdi proqramda Alina Gözəlova və İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Nərgiz Ramazanova təmsil edəcək.