...

Çempionlar Liqası: "Liverpul" yarımfinalın ilk oyununda "Vilyarreal"ı məğlub edib

İdman Materials 28 Aprel 2022 00:58 (UTC +04:00)
Çempionlar Liqası: "Liverpul" yarımfinalın ilk oyununda "Vilyarreal"ı məğlub edib

Bakı. Trend:

İngiltərənin “Liverpul” futbol klubu UEFA Çempionlar Liqasının ilk yarımfinal oyununda İspaniyanın "Vilyarreal" klubunu 2:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qarşılaşma "Liverpul"un "Enfild" stadionunda keçirilib.

Oyunun 53 dəqiqəsində qonaqların müdafiəçisi Pervis Estupinan avtoqolla fərqlənib, 55-ci dəqiqədə isə Sadio Mane fərqi 2 qola çardırıb.

Cavab qarşılaşması mayın 3-ü İspaniyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti