...

“Milan” 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb

İdman Materials 22 May 2022 22:48
“Milan” 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İtaliya çempionatının sonuncu, 38-ci turunda "Sassuolo" futbol klubunu 3:0 hesabı ilə məğlub edən "Milan" komandası A Seriyasının qalibi olublar.

Trend-in məlumatına görə, qolları Olivye Jiru (17, 32-ci dəqiqə) və Frank Kesye (36) vurublar.

“Milan” 86 xal toplayıb və son tura qədər çempionluğa iddialı olan “İnter”i iki xal qabaqlayıb.

Beləliklə, "Milan" 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb (son çempionluq 2010/11 mövsümündə olub).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti