Bakı. Trend:
İngiltərənin “Liverpul” komandası ilə İspaniyanın “Real Madrid” klubu arasında keçirilən futbol üzrə UEFA Çempionlar Liqasının final matçı təyin olunan vaxtdan 37 dəqiqə gec başlayıb.
Trend-in məlumatına görə, buna səbəb təhlükəsizlik ilə bağlı problemlər olub. Görüş saat 23:00-da (Bakı vaxtı) başlamalı idi.
Qarşılaşma Parisin “Stad de Frans” stadionunda keçirilir.