Bakı. Trend:
Mayın 27-si və 28-də İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki, yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvü Mixail Malkin tamblinq üzrə yarışlarda gümüş medala layiq görülüb.
Finalda mübarizə aparan komandamızın digər üzvü Tofiq Əliyev isə 6-cı pillədə qərarlaşıb.