Bakı. Trend:
Azərbaycan gimnastları İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatında bir qızıl və bir bürünc medal qazanıblar.
Trend bu barədə Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir.
Batut üzrə yığma komandamızın üzvləri Maqsud Mahsudov və Hüseyn Abbasov sinxron proqramda qızıl medal qazanıblar.
Tamblinq üzrə yığmamızın üzvləri Adil Hacızadə, Mixail Malkin və Tofiq Əliyev komanda yarışında bürünc medal qazanıb.