...

Kanadada üç ildən sonra ilk dəfə "Formula 1" yarışları keçiriləcək

İdman Materials 17 İyun 2022 01:20 (UTC +04:00)
Kanadada üç ildən sonra ilk dəfə "Formula 1" yarışları keçiriləcək

Bakı. Trend:

Cümə günü "Formula 1" üzrə 2022-ci il dünya çempionatının doqquzuncu mərhələsi olan Kanada Qran Prisi start götürəcək.

Trend "TASS"a istinadla xəbər verir ki, yarış Gilles Villeneuve adına avtodromda keçiriləcək.

Xatırladaq ki, "Formula 1" üzrə 2022-ci il dünya çempionatının 8-ci etapı Bakıda baş tutub. Gərgin mübarizə şəraitində keçən yarışda Qran Prinin qalibi “Red Bull” komandasından Maks Verstappen olub. İkinci yerdə onun komanda yoldaşı Serxio Peres, üçüncü yerdə isə “Mercedes” komandasının pilotu Corc Russell qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti