Bakı. Trend:
“Barselona” komandanın stadionunun adını dəyişdirib. Stadion bundan sonra "Spotify Camp Nou" adlanacaq.
Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata əsasən, yeni sponsor sayəsində kataloniyalılar əlavə maliyyə vəsaiti əldə edəcəklər.
Qeyd edək ki, "Spotify" İsveçin musiqi striminqi xidmətidir. İspaniya klubunun rəhbərliyi razılaşmadan əladə edəcəyi məbləği açıqlamırdı. Bununla belə, müxtəlif insayderlər daha əvvəl klubun bu sponsorluqdan 300 milyon avro qazana biləcəyini iddia edirdilər.
"Spotify" isveçli iş adamı Daniel Ekə məxsusdur. Onun sərvəti 3,5 milyard avrodan çox qiymətləndirilir.