...

Rauf Əliyev “Qarabağ” klubunu təbrik edib

İdman Materials 13 İyul 2022 16:23 (UTC +04:00)
Rauf Əliyev “Qarabağ” klubunu təbrik edib

Bakı. Trend:

Hörmətli klub rəhbərliyi, məşqçi heyyəti və komandanın üzvləri, sizi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Lex” komandasını böyük hesabla məğlubiyyətə uğradaraq ikinci təsnifat mərhələsinə yüksəlməyiniz münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda yeni-yeni qələbələr qazanaraq Azərbaycan xalqına daim sevinc hisləri bəxş etməyi arzulayıram.

Siz qədim Azərbaycan torpaqğı olan Qarabağın adını şərəflə daşıyırsınız və bütün dünyada Azərbaycanı ləyaqətlə təmsil edirsiniz. Sizə bu çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində daha yüksək zirvələri fəth etməyi arzulayıram.

Milli Məclisin deputatı, AFFA - nın vitse-prezidenti Rauf Əliyev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti