...

Deputat "Qarabağ" klubunu təbrik edib

İdman Materials 28 İyul 2022 10:23 (UTC +04:00)
Deputat "Qarabağ" klubunu təbrik edib

Bakı. Trend:

Milli Məclisin deputatı, AFFA-nın vitse-prezidenti Rauf Əliyev "Qarabağ" futbol klubunu təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli klub rəhbərliyi, məşqçi heyyəti və komandanın üzvləri, sizi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda İsveçrənin “Sürix” komandası ilə cavab oyunda əzmkar nəticə əldə edərək üçüncü təsnifat mərhələsinə yüksəlməyiniz münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda yeni-yeni qələbələr qazanaraq Azərbaycan xalqına daim sevinc hisləri bəxş etməyi arzulayıram.

Siz qədim Azərbaycan torpaqğı olan Qarabağın adını şərəflə daşıyırsınız və bütün dünyada Azərbaycanı ləyaqətlə təmsil edirsiniz. Sizə bu çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində daha yüksək zirvələri fəth etməyi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti