...

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb

İdman Materials 29 İyul 2022 07:48 (UTC +04:00)
Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb

Bakı. Trend:

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Trend-in məlumatına görə, bu, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarında “Qəbələ” və “Neftçi”nin evdə müvafiq olaraq, Macarıstanın “Fehervar” (2:1) və Kiprin “Aris” klublarına (3:0) qalib gəlməsi, “Zirə”nin isə İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub. Üç komanda birlikdə ölkəmizin aktivinə daha 0,625 xal gətirib.

Azərbaycan bu mövsüm üzrə xal sayını 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti