...

Şahmat üzrə Azərbaycan yığması Monqolustanı məğlub edib

İdman Materials 7 Avqust 2022 23:28 (UTC +04:00)
Şahmat üzrə Azərbaycan yığması Monqolustanı məğlub edib

Bakı. Trend:

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Trend xəbər verir ki, bu gün keçirilən 9-cu turda qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva) Monqolustan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət komandamızın (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Hindistan şahmatçıları ilə mübarizəsi davam edir.

Olimpiadada kişilərin yarışında 188, qadınların yarışında 162 ölkədən komandalar mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti