Bakı. Trend:
Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb.
Trend-in məlumatına görə, çəkicatma yarışlarında çıxış edən Anna Skidan bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.
Qeyd edək ki, avqustun 18-dək davam edəcək yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan 24 idman növündən 22-si üzrə yarışlarda 300 idmançı ilə təmsil olunacaq.