...

Deputat "Qarabağ" klubunu təbrik edib

İdman Materials 10 Avqust 2022 15:43 (UTC +04:00)
Deputat "Qarabağ" klubunu təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Milli Məclisin deputatı, AFFA-nın vitse-prezidenti Rauf Əliyev "Qarabağ" klubunu təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli klub rəhbərliyi, məşqçi heyyəti və komandanın üzvləri, sizi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" komandasını mübarizədən kənarlaşdıraraq (1:1, 3:1) Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyiniz münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda yeni-yeni qələbələr qazanaraq Azərbaycan xalqına daim sevinc hisləri bəxş etməyi arzulayıram.

Siz qədim Azərbaycan torpaqğı olan Qarabağın adını şərəflə daşıyırsınız və bütün dünyada Azərbaycanı ləyaqətlə təmsil edirsiniz. Sizə bu çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində daha yüksək zirvələri fəth etməyi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti