...

Azərbaycan idmançısı İslamiadanın üçüncüsü olub (FOTO)

İdman Materials 11 Avqust 2022 13:36 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ağır atleti Nazilə İsmayılova V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Trend-in məlumatına görə, o, iki hərəkətin yekununda üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Müsabiqə avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti