Konya. Trend:
Azərbaycan üzgüçüləri V İslam Həmrəyliyi Oyunlarında final və yarımfinala yüksəliblər.
Trend xəbər verir ki, Azərbaycan üzgüçüləri Fatimə Əlkərəmova və Yusibov Nihad yarımfinala çıxıblar.
Məryəm Şeyxəlizadə (50 metr), Rəşad Əliquliyev finala yüksəliblər.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.
Foto: Zaur Mustafayev