...

İslamiada: Azərbaycanın bədii gimnastika üzrə qrup komandası beş halqa proqramında gümüş medal qazanıb (FOTO)

İdman Materials 14 Avqust 2022 18:44 (UTC +04:00)
İslamiada: Azərbaycanın bədii gimnastika üzrə qrup komandası beş halqa proqramında gümüş medal qazanıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Konya. Trend:

V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə qrup hərəkətləri üzrə Azərbaycan komandası beş halqa ilə proqramda gümüş medal qazanıb.

Trend xəbər verir ki, komandanın üzvləri Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Yelizaveta Luzan, Zeynəb Hümmətovadır.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti