...

Yunan-Roma güləşçilərimiz dünya ikincisi olub

İdman Materials 22 Avqust 2022 00:28 (UTC +04:00)

Bakı. Trend:

Yunan-Roma güləşi üzrə millimiz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında tarixi uğura imza atıb.

Trend xəbər verir ki, yığmamız yarışda 10 çəkinin 8-də təmsil olunmasına baxmayaraq, komanda hesabında dünya ikincisi olub.

Belə ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında dünya çempionatında iştirak edən 8 idmançımızdan 5-i fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov (72 kq) dünya çempionu olub. Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (82 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, 3 qızıl və 2 bürünc medal əldə edən millimiz 119 xalla ümumi hesabda ikinci pillədə qərarlaşıb. İran (174) birinci, Ukrayna (93) isə üçüncü yeri tutub.

Qeyd edək ki, 119 xal bu yaş qrupu üzrə dünya çempionatlarında yunan-Roma güləşi üzrə yığmamız üçün yeni rekorddur. Həmçinin millimiz həm medalların əyarına, həm də sayına görə son 8 ilin ən yaxşı nəticəsinə imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti