...

Çətin rəqibə qarşı oynayırdıq - Qurban Qurbanov

İdman Materials 24 Avqust 2022 03:13 (UTC +04:00)
Çətin rəqibə qarşı oynayırdıq - Qurban Qurbanov

Bakı. Trend:

"Komandamdan razıyam. Çətin rəqibə qarşı oynayırdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə olsa da, ikinci yarıda rəqib cüzi səhvlərimizdən istifadə etdi. Oyunlarımızla Azərbaycan futbolunu daha da tanıtmağa çalışırıq. Qeyd edim ki, futbol səhvlər üzərində qurulub. Rəqibi təbrik edirəm".

Trend xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a müsahibəsində bildirib.

O, qeyd edib ki, komandasının üzvləri məğlubiyyətə görə çox üzgündürlər: “Onlara dəstək olmağa çalışdım. İrəliyə baxmaq lazımdır. Futbolçularımla fəxr edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti