...

"Barselona"nın ulduzu hücuma məruz qalıb

İdman Materials 29 Avqust 2022 12:31 (UTC +04:00)
"Barselona"nın ulduzu hücuma məruz qalıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Barselona"nın qabonlu hücumçusu Pyer-Emerik Obameyanq öz evində soyğunçuların hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, gecə saat bir radələrində dörd maskalı şəxs futbolçunun evinə daxil olaraq odlu silahla təhdid edib və bir neçə zərbə endirib.

Daha sonra zinət əşyalarını götürən soyğunçular avtomobillə hadisə yerindən uzaqlaşıb.

Futbolçu hadisə ilə bağlı polisi məlumatlandırıb. Soyğunçuların axtarışları aparılır.

Qeyd edək ki, 33 yaşlı P.Obameyanq bu ilin yanvarından "Barselona"da çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti