...

Yaxşı mübarizə aparmaq niyyətindəyik - Qurban Qurbanov

İdman Materials 8 Sentyabr 2022 03:32 (UTC +04:00)
Yaxşı mübarizə aparmaq niyyətindəyik - Qurban Qurbanov

Bakı. Trend:

"Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Trend xəbər verir ki, UEFA Avropa Liqasının G qrupunun birinci turu çərçivəsində Almaniyanın “Frayburq” komandasının qonağı olacaq Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunan mətbuat konfransında bildirib: “Öz istədiklərimizi etməyə çalışacağıq. Futbolçularıma inanıram. Azarkeşləri maraqlı matç gözləyir. Çox intizamlı komandaya qarşı oynayacağıq. Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks zərbələrinə hazırlıqlı olmalıyıq. "Frayburq"un baş məşqçisinin yetərincə təcrübəsi var. O, şəhərdə və futbolçular tərəfindən çox sevilir. Göstərilən etimadı doğruldub. Komanda uzun illər ərzində eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Həm də həvəsliyəm. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var. Maraqlı matç olacağına inanıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti